Sankt-Peterburq bazarında azərbaycanlı bıçaqlanıb
Sankt-Peterburq polisi şəhərin Frunzen rayonu ərazisində baş verən bıçaqlanma hadisəsi ilə bağlı araşdırma aparır.
AzNews.info Report-a istinadən xəbər verir ki, yanvarın 21-də rayonun Sofiyski meyvə-tərəvəz bazasında Azərbaycandan olan şəxsə ciddi bıçaq xəsarətləri yetirilib.
Qan içində olan 1978-ci il təvəllüdlü azərbaycanlını yoldan keçənlər görüblər və hadisə yerinə “təcili yardım” çağırılıb. Yaralı gecə saatlarında şok vəziyyətində Canelidze adına Elmi-Tədqiqat İnstitutuna çatdırılıb. Həkimlər miqrantın baş, boyun, döş və ayaq nahiyələrində kəsik yerləri aşkar ediblər. Mütəxəssislərin fikrincə, yaralının vəziyyəti ağırdır.
Faktla bağlı cinayət işi qaldırılıb, istintaq gedir.
Mənbə:> Report