Rusiyada həkimlər üçyaşlı azərbaycanlını xilas etdilər
Sankt-Peterburqda həkimlər, təsadüfən özünü travmatik tapançadan atəş açaraq boynundan yaralayan üçyaşlı azərbaycanlını uğurlu əməliyyat ediblər.
Oxu.Az xəbər verir ki, hazırda uşağın həyatı təhlükə altında deyil.
Polisin məlumatına görə, tapançanı atasının maşınında tapıb. Silahı saxlama qaydalarını pozduğu üçün kişiyə qarşı inzibati iş qaldırılıb və iki min həcmində cərimə təyin edilib.
Əməliyyata qədər çəkilən şəkildə uşağın boynundakı yaranın çox dərin olduğu görünür, “TV Sentr” məlumat yayıb. Həkimlərin sözlərinə görə, uşağın sağ qalması əsl möcüzədir.
“Yara yarım sm əsas boyun damarlarından, yuxu damarından yan keçib. Yuxu damarlar zədələnsəydi uşaq hadisə yerində keçinərdi”, - Sankt-Peterburqun dövlət pediatriya tibb universitetinin uşaq xəstəlikləri cərrahiyyəsi kafedrasının professoru Dmitri Kupatadze bildirib.
İndi körpə orta-ağır vəziyyətdə reanimasiyadadır. Burada ən azı bir həftə qalacaq. Ağrı şokundan yeni özünə gəlib: ağlamağa başlayıb. Bu, yaxşı əlamətdir, demək əsəb sistemi zədələnməyib.
Bədbəxt hadisə Peterburq yaxınlığında Zanevka kəndində baş verib. Uşaq atası ilə bərabər bura şəhərdən gəlib. Kişinin sözlərinə görə, o, maşını park edib və bir neçə dəqiqəlik evə girib. Maşına qayıtdıqda isə oğlunu yaralanmış görüb.
36 yaşlı Səxavət Hacıyev əslən Azərbaycandandır. Oğlunu yaralı görən ata dərhal təcili yardım çağırıb.
Mənbə:> Oxu.Az