"Cavan gənclər hərəkatı" səfərbərlik elan etdi
Gənclər hərəkətı alpinistlərin axtarışı üçün könüllülərin təcili səfərbərliyini elan edib.
İnterpress.az xəbər verir ki, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Azərbaycan Skautlar Assosiasiyası bir neçə gün öncə itkin düşmüş gənc alpinistlərin axtarışı üçün könüllülərin təcili səfərbərliyini elan edib.
Könüllülər aşağıdakı tələblərə cavab verməlidir:
- İlk tibbi yardım biliyi və təcrübəsinin olması;
- Xilasetmə təcrübəsinin olması;
- Qış dağçılığı təcrübəsinin olması;
- Qış dağçılığı üçün avadanlığın olması.
Könüllülər tərəfimizdən nəqliyyat, çadır, yataq kisəsi və rabitə vasitələri ilə təmin olunacaq.
Əgər bu və ya digər səbəbdən könüllü ola bilmirsinizsə, axtarış-xilasetmə prosesinə yardım etmək üçün POSTU PAYLAŞIN!
Könüllü olmaq istəyənlər bu nömrə vasitəsilə bizimlə əlaqə saxlaya bilər:
- 051 399 91 13 ("Cavan" Gənclər Hərəkatı İctimai Birliyi)
- 077 451 71 11 (Azərbaycan Skautlar Assosiasiyası)
Qeyd edək ki, "Gilavar - Air & Extreme Sports Club"ın üzvləri olan gənc alpinistlər Babur Hüseynov, Namin Bünyadov və Fəridə Cəbrayılzadə dekabrın 23-də Qubanın Xınalıq kəndindən Tufandağ istiqamətində yola çıxıblar. Dekabrın 26-sı geri dönməli olmalarına baxmayaraq onlardan heç bir xəbər almaq mümkün olmamışdır.
Əlimizdən gələni edək ki, gənc dostlarımız tezliklə tapılsın və sağ-salamat evlərinə qayıtsın.
Mənbə:> İnterpress.az