Aynar Məmmədovun 2 Fevral Gənclər günü münasibəti ilə təbriki
Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin məsləhətcisi, dövlət qulluğu müşaviri Aynar Məmmədov AzNews.info vasitəsi ilə 2 fevral gənclər günü münasibəti ilə gəncləri təbrik edib:
"2 fevral 1997-ci ildən bu günə qədər hər ilin bu günü Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Azərbaycan Respublikası gənclərinin forumu ilk dəfə 1996-ci ilin bu günündə keçirilib. 1997-ci ildən isə ümumilli lider Heydər Əliyevin sərəncamı ilə fevralın 2-si Azərbaycan Gənclər günü kimi elan edilib. Bütün Azərbaycan gənclərini bu gün münasibəti ilə təbrik edirəm. Əslində ruhən gənc, cavan olan hər kəsə bu təbrikdən pay düşür. Hər bir Azərbaycan gəncinə uğurlar arzu edirəm."
Mənbə:> AzNews.info