Sumqayıtda iki nəfərin ölümündə şübhəli bilinən sürücü tutulub » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Sumqayıtda iki nəfərin ölümündə şübhəli bilinən sürücü tutulub

Sumqayıtda iki nəfərin ölümündə şübhəli bilinən sürücü tutulub

Sumqayıt şəhərində iki nəfərin ölümündə şübhəli bilinən sürücü tutulub.

Baş Prokurorluqdan verilən məlumata görə, dekabrın 5-də saat 07 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində piyada keçidində 1971-ci il təvəllüdlü Beybudov Məhəmməd Əmir oğlu idarə etdiyi “Hyundai County” markalı, 90 AD 889 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən 1969-cu il təvəllüdlü Arzuyə Abdullayeva və 1988-ci il təvəllüdlü Nüşabə Rzayevanı vurub, nəticədə hər iki piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Fakta görə Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilmiş, o cümlədən müvafiq ekspertizalar təyin edilib.

M.Beybudov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *