Məşhur telekanalın müxbirindən Qurban Qurbanova hörmətsizlik » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Futbol

Məşhur telekanalın müxbirindən Qurban Qurbanova hörmətsizlik

Məşhur telekanalın müxbirindən Qurban Qurbanova hörmətsizlik


Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda keçirilən "Roma” – "Qarabağ” (1:0) matçından sonra Qurban Qurbanovun iştirakı ilə təşkil olunan mətbuat konfransında xoşagəlməz anlar yaşanıb.
Yenicag.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi oyunla bağlı fikirlərini bildirən zaman "Sky Sport”un müxbiri konfransı kəsib, canlı yayıma bağlanıb. Qurbanov da bu məqamda çıxışını dayandıraraq müxbirin canlı yayımını bitirməsini gözləyib. O, bunun üçün təxminən 45 saniyə gözləməli olub. Bu məqamda baş məşqçi müxbirə ona mane olduğuna dair iradını da bildirib.
Məsələ ilə bağlı azərbaycanlı jurnalistlər "Roma”nın baş məşqçisi Eusebio Di Françeskoya "eyni situasiya ilə siz qarşılaşsaydınız, buna münasibətiniz necə olardı?” sualını verib. O isə belə suala cavab verməkdə çətinlik çəkdiyini bildirib.

Mənbə: Yenicag.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *