Ərdoğan çoxmərtəbəli binaların tikintisini qadağan edir
Türkiyə ərazisində, o cümlədən Ankara, İstanbul kimi şəhərlərdə tikilən binalarda mərtəbələrin sayı məhdudlaşdırılacaq.
Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, yeni qərar ətraf mühitin mühafizəsi məqsədini daşıyır.
Ərdoğan bildirib ki, binalarda maksimum mərtəbə sayı 6 olacaq.
Mənbə:> Trend