ANS-in aparıcısı siyasi sığınacaq aldı - “Mənən intihar etdim”
Bir müddət əvvəl bağlanan ANS TV-nin aparıcısı Tünzalə Rafiqqızı Azərbaycanı birdəfəlik tərk edib.
AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, jurnalist Almaniyadan siyasi sığınacaq alıb.
Bu barədə T. Rafiqqızının özü sosial şəbəkədə məlumat yayıb. O, qızının səhhətində yaranan problemə görə ölkədən getdiyini bildirib:
"Son dövrdə baş verən proseslər və sonda qızım Zəhranın səhhətində yaşanan ciddi problemlər məni Almaniyaya gətirib bu hökumətdən sığınacaq istəməyə vadar etdi.
Doğma torpaqdan, yurd-yuvadan ayrılmaq çətin olsa da, buna məcbur idim. Atamın məzarından torpaq götürüb ölkəni birdəfəlik tərk etdim! Men 40 illik həyatimi, 22 illik karyeramı sıfırladım! Mənən intihar etdim”.
Mənbə:> AZXEBER.COM