Qənirə Ataşova Azərbaycanı tərk etdi
Fəaliyyəti dayandırılmış ANS TV-nin aparıcısı, bir müddət əvvəl ölkədən çıxışına qadağa qoyulan Qənirə Ataşova Azərbaycanı tərk edib.
Musavat.com bildirir ki, aidiyyəti qurumlar məhkəmənin qərarını gözləmədən Q.Ataşovanın ölkədən çıxışına qoyulmuş qadağanı ləğv edib və hazırda o, xarici ölkələrdən birindədir.
Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı sosial şəbəkə üzərindən Qənirə Ataşova ilə əlaqə saxlayıb. Teleaparıcı yayılan məlumatı təsdiqləyib və bildirib ki, hazırda Misirə uçur, oradan isə İstanbula gedəcək. Oradan ona iş təklifi gəlib.
Mənbə:> Musavat.com