Qənirə Ataşovaya ANS-də yeni vəzifə verildi
“ANS” telekanalında yeni təyinat həyata keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, telekanalın Vaşinqton bürosuna yeni rəhbər təyin edilib. Bu vəzifə Qənirə Ataşovaya həvalə edilib.
Telekanalın sözçüsü Mais Məmmədov “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib.
Qənirə Ataşova yeni təyiantı ilə bağlı açıqlama verib. Bildirib ki, 2 gün ərzində yeni işi ilə bağlı Amerikaya yola düşəcək: "ANS-də həmişə maraqlı təyinatlar olur. Bu da onlardan biridir. Azərbaycanı və ANS-i layiqincə təmsil edəcəyimə inanıram".
Ataşova ABŞ-a ailəsi ilə birgə gedəcəyini deyib.
Qeyd edək ki, daha öncə bu vəzifədə Sevinc Osmanqızı və Rita Ömərova işləyib.
Mənbə:> Qafqazinfo.az