Tanınmış aparıcı nazirlikdə vəzifə aldı
Tanınmış teleaparıcı Zəminə Əliyeva Energetika Nazirliyində işə düzəlib.
"Qafqazinfo"ya daxil olan məlumata görə, jurnalist bu gündən nazirliyin mətbuatının xidmətinin rəhbəri təyin olunub.
Jurnalist yeni vəzifəsi ilə bağlı saytımıza açıqlama verib. O bildirib ki, bu gündən rəsmən Energetika Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışacaq.
Qeyd edək ki, Zəminə Əliyeva ANS-in məşhur aparıcılarından biri olub. ANS-dən ayrılan aparıcı bir müddət Space TV-də işləyib.
Mənbə:> Qafqazinfo.az