Xoşqədəm Hidayətqızından xoş xəbər – VİDEO
Ötən gün mətbuat konfransı keçirərək işi ilə bağlı sual doğuran məqamlara aydınlıq gətirən tanınmış aparıcı bu dəfə ANS TV-nin efirinə çıxacaq.
ANS PRESS-in məlumatına görə, tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı (Baxşəliyeva) yeni layihə ilə tamaşaçıların qarşısına çıxacaq. O, bu barədə ətraflı məlumatı bu gün yayımlanacaq “Günə baxan”ın efirində səsləndirəcək.
Teleaparıcı bu gecə sosial şəbəkədə yayımladığı postda da məsələ ilə bağlı açıqlama vermişdi.
Xatırladaq ki, Xoşqədəm Hidayətqızı bu gün Azərbaycanda ən yüksək reytinqə malik teleaparıcılardan biridir. Bundan sonra məşhur teleaparıcı fəaliyyətini ANS TV-də davam etdirəcək.
Mənbə:> ANSPRESS