Xoşqədəm ATV-dən çıxmasına aydınlıq gətirdi
Tanınmış aparıcı Xoşqədəm Baxşəliyeva ATV-dən ayrılması ilə bağlı mətbuat konfransı keçirib. ANS-in konfransda iştirak edən əməkdaşının verdiyi məlumata görə, aparıcı kanaldan ayrılma səbəblərini açıqlayıb.
“Bu gün həmkarlarımdan biri dedi ki, düşünürəm ki, bu söhbətlər piarla bağlıdır. “Səni axtarıram” haqda sosial şəbəkələrdə müxtəlif fikirlər yazılırdı. Bu, müqəddəs layihədir. 5 il bütün gücümü ona sərf etmişəm. Müəllif Hüquqlarına müraciət etdik, amma müəllif hüquqlarını mənə vermədilər. Bu mənim qüruruma toxundu".
Onun sözlərinə görə, kanal rəhbəri Vüqar Qaradağlı ilə söhbəti olub və o layihəni yayımdan qaldırmaq istədiyini deyib. "Burada yüzlərlə insanın ümidi, göz yaşı var. Mənə dedi ki, get başqa kanalda layihəni davam etdir. Verilişin hüquqlarını göstərən şəhadətnaməni aldım.
Mən komandamla ANS-ə getmişəm. Əməkdaşlarım öz istəkləri ilə mənim yanıma gəldilər".
Mənbə:> ANSPRESS