Doğuş: Xoşqədəm erməniyə deyil, türkə ərə gedib
Türkiyənin məşhur müğənnisi Doğuş Azərbaycanın tanınmış aparıcısı Xoşqədəm Hidayətqızı ilə evliliyini qınayanlara sərt cavab verib.
AzNews.info ANS-ə istinadən xəbər verir ki, A-dan Z-yə verilişində qonaq olan Doğuş mətbuatda yazılanların ona çox pis təsir etdiyini bildirib.
“Bəzi kütləvi informasiya vasitələrində özünü tanımayanlar nə gəldi yazırlar. Onlara müraciət edərək demək istəyirəm ki, Xoşqədəm bir erməniyə deyil, bir türk övladına ərə gedib”, - deyə Doğuş bildirib.
Qeyd edək ki, Azərbaycanda bəzi kütləvi informasiya vasitələrində bu evlilik qınanmışdı.
Xatırladaq ki, Doğuş aparıcı Xoşqədəm Hidayətqızı ilə ötən il evlənib. Toy mərasimi Bakıda həyata keçirilib.
Mənbə:> ANSPRESS