Azərbaycan XİN-in daha bir əməkdaşı xaricdən siyasi sığınacaq istədi
Azərbaycanın İsveçrədəki səfirliyinin sürücüsü Emin Baxşiyev siyasi sığınacaq verilməsi xahişi ilə bu ölkənin hökumətinə müraciət edib.
Virtualaz.org bildirir ki, bu haqda Feysbuk sosial şəbəkəsindəki səhifəsində E.Baxşiyev özü yazıb.
Emin Baxşiyev həmçinin bildirib ki, işdən çıxarılması haqqında da ərizə yazıb. Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı bunu ölkə hökumətinin hərəkətləri ilə razılaşmaması və onun ailə üzvlərinə təzyiqlə izah edib.
Emin Baxşiyev 2010-2013 illərdə Azərbaycanın Xarici İşlər Nazirliyində işləyib. 2013-cü ildə isə o, Azərbaycan səfirliyində sürücü vəzifəsinə təyin olunub.
Qeyd edək ki, keçən il bir sıra Azərbaycan diplomatlarının Avropa ölkələrindən və Avstraliyadan siyasi sığınacaq almaq xahişləri ilə əlaqədar qalmaqal qopmuşdu.
Mənbə:> Virtualaz.org