Bakıdan isveçrəli nazirin təyyarəsi ilə qaçan Emin Hüseynov danışmaqdan imtina etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Media

Bakıdan isveçrəli nazirin təyyarəsi ilə qaçan Emin Hüseynov danışmaqdan imtina etdi

Bakıdan isveçrəli nazirin təyyarəsi ilə qaçan Emin Hüseynov danışmaqdan imtina etdi


Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən vergidən yayınmaqda və digər iqtisadi cinayətlərdə ittiham olunan Emin Hüseynov sığındığı İsveçrə səfirliyini tərk edib.

ANS PRESS-in məlumatına görə, o, Azərbaycan hakimiyyəti ilə uzun müddətdir aparılan danışıqların nəticəsində Avropa Oyunlarının açılışı mərasimində iştirak etmək üçün Bakıya gələn İsveçrənin xarici işlər naziri Didye Burkhalterin müşayiəti ilə İsveçrə hökümətinə məxsus təyyarədə Azərbaycanı tərk edib.

Xatırladaq ki, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən vergidən yayınmaqda və digər iqtisadi cinayətlərdə ittiham olunan Emin Hüseynov 10 aydan çoxdur İsveçrə səfirliyində sığınmışdı.

35 yaşlı Hüquq Müdafiyəçisi Emin Hüseynov artıq İsveçrənin Bern şəhərindədir və 2015-ci ilin sentyabrınadək İsveçrə və ya digər Avropa ölkəsindən vətəndaşlıq almaq və Azərbaycan Vətəndaşlığından imtina etmək üçün sənədlər hazırlayacaq.

Avropanın aparıcı media qurumlarının ona müraciyətlərinə baxmayaraq Emin Hüseynov müsahibə verməkdən imtina edir.

Məsələni şərh edən ABŞ Dövlət Departamentinin sözcüsü Con Kirbi Azərbaycan hökümətinin Emin Hüseynovla bağlı bu qərarını alqışlayıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *