Samir Şərifov: “Gələn il əmək pensiyaları artacaq”
Gələn il əmək pensiyalarının indeksləşdirilməsi həyata keçiriləcək, bu da müəyyən artımlara səbəb olacaq.
“AzərTAc” xəbər verir ki, bunu 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Bundan başqa, nazir onu da əlavə edib ki, tələbələrə təqaüdlərin verilməsinin yeni mexanizmi tətbiq edilir. İlk növbədə, yaxşı qiymət alan tələbələr, o cümlədən ödənişli əsaslarla təhsil alan tələbələrə də təqaüdlər verilir.
Mənbə:> AzərTAc