Samir Şərifov gələn ilin xərclərindən danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Samir Şərifov gələn ilin xərclərindən danışdı

Samir Şərifov gələn ilin xərclərindən danışdı


“2016-cı ildə olduğu kimi, 2017-ci ildə də ölkədə fiskal yığcamlaşdırılma siyasəti davam etdiriləcək”.

Aznews.info APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, Dövlət Neft Fondundan büdcəyə transfertlərin həcmi mərhələli şəkildə azaldılır: “Gələn il üçün transfertlər 1 milyard 515 milyon manat və ya 20% azaldılaraq 6,1 milyard manat nəzərdə tutulub”.

Nazir əlavə edib ki, gələn il xərclərin optimallaşdırılması siyasəti davam etdiriləcək. “Xərclərin optimallaşdırılmasına baxmayaraq, əhalinin həssas təbəqələrinin təminatının gücləndirilməsi, sosial öhdəliklərinin yerinə yetirilməsi öncül hədəflər olaraq qalacaq və bunun üçün maliyyə təminatı yaradılacaq”, - deyə o bildirib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *