“Qənaət rejimi tətbiq edilir” – Samir Şərifov iclas keçirdi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

“Qənaət rejimi tətbiq edilir” – Samir Şərifov iclas keçirdi

“Qənaət rejimi tətbiq edilir” – Samir Şərifov iclas keçirdi

Maliyyə Nazirliyinin Apellyasiya Şurasına bu il sahibkarlardan 6 hal üzrə 9 müraciət daxil olub.

Bu gün Maliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib.

Oxu.Az xəbər verir ki, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında maliyyə naziri, kollegiyanın sədri Samir Şərifov 2016-cı ilin ilk altı ayının sosial-iqtisadi yekunlarından danışıb.

Bütövlükdə 6 ayda dövlət büdcəsinin gəlirləri üzrə 6133,8 milyon manat daxilolma qeydə alınmış, xərclər 6821,5 milyon manat təşkil edib. Yaranmış 687,7 milyon manat kəsir əsasən xəzinə qalığı hesabına örtülüb.

Dövlət və icmal büdcələrinin şəffaflığının, səmərəliliyinin və ünvanlılığının təmin edilməsi istiqamətində işlərin 2016-cü ilin ilk yarısında da davam etdirildiyini vurğulayan nazir qeyd edib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2017-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin ilkin layihəsi hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə və Hesablama Palatasına göndərilib.

Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması, büdcə xərclərinin şəffaflığının və səmərəliliyinin daha da artırılması, hər bir xərc maddəsi üzrə ciddi nəzarətin və qənaət rejiminin tətbiq edilməsinin əsas strateji xətt olaraq müəyyənləşib.

Kollegiya iclasında Maliyyə Nazirliyinin Apellyasiya Şurasının 2016-cı ilin 1-ci yarım ili üçün hesabatı dinlənilib. Apellyasiya Şurasının və Şuranın Katibliyi 6 ay ərzində 6 hal üzrə sahibkarlardan daxil olan 9 müraciətə baxıb.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *