Samir Şərifov işıq və suyun tariflərindən danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Samir Şərifov işıq və suyun tariflərindən danışdı

Samir Şərifov işıq və suyun tariflərindən danışdı

Azərbaycan hökuməti “Azərişıq” ASC və “Azərsu” ASC-nin maliyyə vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə elektrik enerjisi və su tariflərini artırmayacaq.
AzNews.info Trend-ə istinadən xəbər verir ki, bunu 2018-ci il dövlət və icmal büdcənin müzakirələri çərçivəsində beş parlament komitəsinin birgə iclasında Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bu addım əhalinin narazılığına səbəb olar və onların maliyyə vəziyyətini pisləşdirə bilər.

Məhz buna görə hökumət gələn il “Azərişıq” ASC və “Azərsu” ASC üçün 55 milyon manat həcmində büdcə subsidiyaları ayıracaq.

Nazir bildirib: “Biz güzəştə getməliyik”.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *