Dünyanın ən hündür nöqtəsində tualet qalmaqalı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Dünyanın ən hündür nöqtəsində tualet qalmaqalı

Dünyanın ən hündür nöqtəsində tualet qalmaqalı


Dünyanın ən hündür dağı olan Himalay dağının Everest zirvəsi mikrob mənbəyinə çevrilib. ANS PRESS-in məlumatına görə, burda ayaqyolunun olmaması və alpinistlərin təbii ehtiyac üçün qarda qazdıqları çuxurlardan istifadə etməsi bölgədən dünyaya epidemiya yayılma riskini yaradır.

Hər mövsüm bu zirvəyə təxminən 700 alpinist və bələdçi dırmanır. Eyni vaxtda bu qədər insanın zirvəyə dırmanması və onların burda təxminən 2 ay qalması bəzi problemlər də yaradır. Ən böyük problem isə alpinistlərin və şerpaların dağda qaldıqları müddət ərzində təbii ehtiyacları üçün tualetdən istifadə etməmələridir.

Everestə mart ayında başlayan dırmanma mövsümü may ayına qədər davam edir. Zirvəyə qədər 4 düşərgə var. Əsas düşərgə 5 300 metr hündürlükdə, son düşərgə isə 8 850 metr hündürlükdədir. Düşərgələrdə çadırlar və s. zəruri ehtiyac avadanlıqları olsa da ayaqyolu yoxdur. Alpinistlər tualet ehtiyacı üçün qarda qazdıqları çuxurlardan istifadə edirlər. İllərdir üst-üstə yığılan ifrazat isə xəstəlik mənbəyi kimi dünyanı təhdid edəcək səviyyəyə çatıb.

2008-ci ildən bəri Everestdə bələdçilik edən şerpa Daua Stiv bəzi alpinistlərin bu məqsədlə yanlarında gətirdikləri xüsusi torbadan istifadə etdiklərini bildirib: “Bu bir səhiyyə problemidir. Bu problemin üstünü örtmək yox, həlli yolunu tapmaq lazımdır” – deyə şerpa bildirib.

Himalayda, təxminən 28 dərəcə şimal meridianı ilə 87 dərəcə şərq paralelində, Çin Xalq Respublikasının Nepalla sərhəddində yerləşən Everest təpəsi dünyanın ən hündür zirvəsidir.

Şerpa Nepalda yaşayan və əhali sayı təxminən 150 min olan bir xalqdır. Şerpalar alpinistlərə bələdçilik xidməti göstərir.

Nepal hökuməti tualet probleminin həlli üçün konkret bir plan hazırlaya bilməyib. Hökumətin alpinizim departamentinin rəsmisi Puspa Rac Katual bu ildən etibarən əsas düşərgədə bu məsələnin nəzarətdə saxlanılacağını deyib.

Həmçinin, hökumət zirvədən qayıdan hər alpinistin özü ilə 8 kq ifrazat gətirməsi istiqamətində qərar qəbul edib. (bir alpinistin səyahət müddətində bu qədər ifrazatı olduğu bildirilir) Rəsmilər hesab edir ki, bu addım bir az da olsa ekoloji çirklənmənin qarşısını alacaq.

Xatırladaq ki, 1953-cü ildə yeni zellandiyalı alpinist Edmund Hillari və bələdçisi Tenzinq Norqay tərəfindən kəşf edildikdən sonra 4 mindən çox alpinist Everest zirvəsinə dırmanıb. Yüzlərlə alpinist isə bu yolda canını verib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *