Nəzir qutularına yığılan pulların hara xərcləndiyi açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Nəzir qutularına yığılan pulların hara xərcləndiyi açıqlandı

Nəzir qutularına yığılan pulların hara xərcləndiyi açıqlandı

Azərbaycandakı məscid və ziyarətgahlarda quraşdırılan nəzir qutularına yığılan pulların hara xərcləndiyi dəfələrlə ictimai müzakirə mövzusu olub. Müşahidələr göstərir ki, nəzir qutularına heç də az vəsait toplanmır.

Rəsmi məlumatlara görə, ölkədə 500-ə qədər ziyarətgah var. Onlardan 50-dən çoxu daha məşhurdu və daha fəal fəaliyyət göstərir. Bu ziyarətgahlara hər gün yüzlərlə ziyarətçi baş çəkir. Amma nəzir qutularına yığılan pulların miqdarı barədə rəsmi açıqlama verilmir.

Maraqlıdır, gün ərzində dolub-boşalan qutulardakı nəzirlər hansı sosial məqsədlər üçün istifadə edilib və ya edilməkdədir?

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Modern.az saytına açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın bildirdiyinə görə, hər bir məscidin öz icması mövcuddur və həmin icma daxili məsələləri həll edir.

“Məscidlərin nəzir qutularına toplanan vəsait, ilk növbədə, məscidin daxili ehtiyacları-kommunal xərclərin ödənilməsi, cari təmir işləri, işçilərin məvacibi üçün sərf olunur”.

QMİ rəsmisi onu da deyib ki, əgər yığılan nəzirdən lazımi məqsədlər üçün istifadə etdikdən sonra artıq qalırsa, ehtiyacı olanlara da yardım edilir: “Vəsait qalırsa, icmanın qərarı ilə müraciət edən ehtiyacı olan şəxslərə də yardım edilir”.

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *