Azərbaycan rayonlarında zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyasınəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Azərbaycanda baş verən zəlzələ barəsində rəsmi məlumat yayıb.
Xidmətin saytında bildirilir ki, ilkin məlumatlara əsasən, zəlzələ noyabrın 15-də yerli vaxtla saat 23:48-də Ağdam ərazisində qeydə alınıb.
Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 3-5 bala qədər hiss olunub.
Yeraltı təkanlar yerin 25 km dərinliyində 5.7 maqnituda olub.
Mənbə:> virtualaz.org