Bakıda azyaşlı 5-ci mərtəbədən yıxılıb öldü
Paytaxtda azyaşlı uşaq 5-ci mərtəbədən yıxılıb.
APA-nın verdiyi xəbərə görə, Dilarə Əliyeva 243 ünvanında fasadı və balkonları təmir olunan binanın 5-ci mərtəbəsində yaşayan 1 yaş 9 aylıq Yejov German Andreyeviç eyvandan yerə düşüb.
O, dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Amma xəstəxanaya çox ağır vəziyyətdə gətirilən uşağı xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> APA