Bakıda uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb
Daxili İşlər Nazirliyindən Oxu.Az–a verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonunda baş verib.
Belə ki, avqustun 14-də Nəsimi rayonu ərazisində yaşayan azyaşlı Nihat Nağıyev evlərinin eyvanından (4-cü mərtəbə) yıxılıb.
Uşaq hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Oxu.Az