Güzəştli mənzillərin ipoteka ilə satışında YENİ QAYDA
Güzəştli mənzili ipoteka ilə alarkən 10 faizdən artıq ilkin ödənişə görə ərizə tələb edilməyəcək.
Milli.Az bildirir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydasında dəyişiklik edib. İndiyə qədər mənzil ipoteka krediti hesabına alındıqda, agent bankın verdiyi kreditin məbləği satış qiymətinin 90 faizini təşkil etməli idi. İlkin ödəniş də 10 faiz nəzərdə tutulurdu. 10 faizdən artıq ilkin ödəniş edən şəxs də rəsmi qaydada ərizə ilə müraciət etməli idi. Yeni qaydaya əsasən mənzil almaq istəyən şəxsdən bu ərizə tələb edilməyəcək.
Ekpert deyir ki, bundan sonra ilkin ödənişin məbləği tələb-təklif əsasında və bankların ipoteka siyasəti əsasında formalaşacaq.
Bundan sonra bankların daha çox ilkin ödəniş edən şəxslərə üstünlük verəcəyi gözlənilir.
Mənbə:> Milli.Az