Sosial evlərin satışına dair » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Sosial evlərin satışına dair

Sosial evlərin satışına dair


Polis, müəllim və hərbiçilər ucuz qiymətə mənzil alacaqlar.

Mənzil İnşaatı Dövlət Agentliyinin “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydası təsdiq edilib.

Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, “MİDA” MMC-nin mənzilləri ilə bağlı qaydalarda qeyd olunur ki, “MİDA” MMC mənzilləri “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına verilən güzəştli ipoteka krediti və ya nağd qayda ilə satacaq. Güzəştlə mənzil almaq üçün ASC-nin agent bankdan ipoteka krediti alınacaq.

Bazar qiymətindən aşağı qiymətə satılacaq

Qaydada bildirilir ki, mənzil güzəştli qiymətlə ipoteka krediti hesabına və ya ərizəçinin öz vəsaiti, yaxud kredit təşkilatından cəlb etdiyi kredit hesabına əldə edilir. Güzəştli qiyməti (mənzilin satış qiymətini) “MİDA” MMC-nin təklifləri əsasında onun Müşahidə Şurası mənzilin orta bazar qiymətindən aşağı müəyyən edəcək.

Təmirli və mətbəxt mebeli ilə satılacaq

Qaydalarda qeyd olunur ki, mənzil tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təhvil verilir. Mənzil ipoteka kreditinin hesabına alındıqda, agent bankın verdiyi kreditin məbləği satış qiymətinin 90%-ni təşkil etməlidir (kreditin məbləğinin 90%-dən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla).

Mənzilləri güzəştlə əldə etmək hüququ olan şəxslər açağıdakılardır:

- Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

1. şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

2. Milli Qəhrəman (özü, əri/arvadı, övladları);

3. məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

4. ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

5. ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;

6. fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

7. idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkəmiqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);

– elmlər doktoru elmi dərəcəsi olan şəxs;

– ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs;

– ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);

– ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.

Mənzilləri güzəştlə əldə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

Elan veriləcək

Qaydaya uyğun olaraq, yalnız layihə üzrə tikinti işlərinin 30 (otuz) və daha çox faizi yerinə yetirilmiş binaların mənzillərinin satışa çıxarılması barədə elan veriləcək. Mənzillərin satışının başlanması ilə əlaqədar kütləvi informasiya vasitələrində, cəmiyyətin internet saytında, “Elektron hökumət” portalında və “AİF” ASC-nin internet saytında yerləşdiriləcək.

Sıra nömrəsi veriləcək

Mənzilin güzəştlə əldə edilməsi üçün Mənzilləri güzəştlə əldə etmək hüququ olan şəxslər “MİDA”ya müraciət etməlidirlər. Mənzilin güzəştlə əldə edilməsi üçün müraciət elektron qaydada “Elektron hökumət” portalında olan “Güzəştli mənzil” elektron sistemi vasitəsilə ediləcəkdir.

Müraciətlər real vaxt rejimində “Güzəştli mənzil” elektron sistemində qeydiyyata alınır və onlara həmin sistem vasitəsilə qeydiyyat sıra nömrəsi verilir. Müraciətə onun qeydiyyata alındığı gündən 5 iş günü ərzində baxılır.

Əlavə araşdırmanın aparılması tələb olunduğu hallarda, müraciət edən şəxsə bu barədə məlumat verilməklə, həmin müddət 10 iş günü artırıla bilər.

Müraciət etmiş şəxsin güzəştli kateqoriyaya aid olması müəyyən edildikdə, cəmiyyət həmin şəxsin sistemdə qeydiyyata alınaraq, müraciətin qeydiyyataalınma nömrəsinə uyğun olaraq ona elektron kabinet verilməsi barədə qərar, həmin kateqoriyaya aid olmadığı müəyyən edildikdə isə elektron kabinet verilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edir.

“Güzəştli mənzil” sistemində qeydiyyata alınmış şəxs, barəsində elan verilmiş mənzili həmin sistemdə seçə bilər. Müraciət edən şəxs mənzili ünvan əsasında seçir və seçilmiş mənzili digər şəxslərin seçməsi imkanı elektron sistem vasitəsilə məhdudlaşdırılır.

Mənzilin seçilməsi və seçilmiş mənzilə məhdudiyyət qoyulması ilə bağlı müraciət edənin elektron kabinetində sistem vasitəsilə dərhal məlumat yerləşdirilir. Binada mənzillərin güzəştlə satışı müddəti başa çatdıqdan sonra və ərizəçinin seçdiyi mənzili onun əldə etməsinin mümkün olub-olmaması məsələsinə baxılır.

Əgər müsbət qərar qəbul olunursa, agent banka müraciət edilir. Agent bank müraciət edən şəxsə ipoteka krediti ayırarsa o mənzilə sahib ola biləcək.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *