İpoteka ilə ev almaq çətinləşir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

İpoteka ilə ev almaq çətinləşir

İpoteka ilə ev almaq çətinləşir


Azərbaycanda bəzi banklar ipoteka krediti almaq üçün ailənin hər bir üzvünə düşən yaşayış minimumunun məbləğini artırıb.

AzNews.info-nun məlumatına görə, Modern.az Azərbaycan İpoteka Fondunun(AİF) elektron ipoteka portalına istinadən xəbər verir ki, bu addım “2016-cı il üçün yaşayış minimumu haqqında” qanunun təsdiq edilməsi ilə bağlıdır.

Qanuna əsasən, bu il üçün Azərbaycanda yaşayış minimumu 136 manat səviyyəsində müəyyən edilir.

Fondun xətti ilə ipoteka kreditləri verən 27 bankdan 14-ü yaşayış minimumunu 131-dən 136-dək, “Bank Respublika” ASC və “Paşa Bank” 180, “Unibank” isə 200 manatadək artırıb.

Bəzi banklar güzəştli ipoteka üzrə ilkin ödənişi artırıb. “Muğanbank” ilkin ödənişin həcmini 15-dən 40 faizədək, Azərbaycan Beynəlxalq Bankı isə 15 faizdən 30 faizədək artırıb.

Mənbə: Modern.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


I will embark on doing it. Hope you can continue to contribute your talents in this area. Thank you. 192.168.0.1

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *