İpoteka kreditləri ilə bağlı ŞAD XƏBƏR
İpoteka ilə bağlı sənədlər artıq Nazirlər Kabinetindədir. AzNews.info-nun məlumatına görə, bunu jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib.
Nazir hesab edir ki, bu sənədlərlə bağlı 3-4 günə müvafiq qərar imzalanacaq: “İlk növbədə, İpoteka Fondunun idarəetmə strukturu dəyişdirilir. Bu gün İpoteka Fondunun yeni əsaslarla qurulması vacibdir ki, o, bazara da çıxa bilsin, vəsait cəlb etsin. Bu vəsait hesabına ölkə daxilində ipoteka kreditlərinə ehtiyacı olanlara ipoteka kreditləri təqdim edə bilsin”.
S.Şərifov bildirib ki, ipoteka şərtlərinin sadələşdirilməsi, məbləğin artırılması nəzərdə tutulur: “Manatın ucuzlaşması ilə bağlı ipoteka kreditlərinin məbləğinin artırılmasına, faiz siyasətinə yenidən baxılmasına ehtiyac var”.
Mənbə:> Trend