Banklar müştəri itkisi ilə üz-üzə » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Banklar müştəri itkisi ilə üz-üzə

Banklar müştəri itkisi ilə üz-üzə


“İpoteka haqqında qanunvericiliyə görə, ilkin ödəniş məbləğinin müəyyən edilməsi müvəkkil bankların öhdəliyinə verilib”. Bu barədə Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov son aylar ipoteka kreditləri ilə alınan mənzillərin ilkin ödənişinin artırılması məsələsinə aydınlıq gətirərkən deyib. “Son zamanlar ipoteka kreditlərinə tələbat artıb. Keçən rübə nəzər salsaq, təxminən 557 milyon manata yaxın kredit verilib. Söhbət dövlət xətti ilə verilən kreditlərdən gedir. İpoteka kreditinin təminatı daşınmaz əmlakdır. Növbəti dövr üçün daşınmaz əmlak bazarında formalaşmış balonların partlaması ehtimalı böyükdür. Real tələbin azalması qiymətləri ucuzlaşdıracaq. Eyni zamanda kredit götürən öz öhdəliyini yerinə yetirə bilməsə, bank daşınmaz əmlakı bazara çıxara və daha aşağı qiymətlə sata bilər. Buna görə də banklar ilkin ödəniş məbləğini artırmaqla qarşıda yaranacaq problemi bir növ qabaqlamağa cəhd göstərir və aylıq ödəniş məbləğini mümkün qədər aşağı tutmağa çalışırlar. Ümumilikdə götürdükdə bu proses banklar tərəfindən risklərin minimizə edilməsi kimi də başa düşülə bilər”, - ekspert deyib. İqtisadçının sözlərinə görə, ipoteka kreditlərinin verilməsinə maraqsızlıq, aşağı faiz və məbləğin geri qaytarılmama qorxusu bank sektorlarını bu addımı atmağa vadar edib: “Konstitusiya Məhkəməsinin mayın 15-də verdiyi qərardan sonra bankların hansısa formada bu məbləğləri indeksləşdirməsi məhdudlaşdırlıb. Bu da təhlükəni önləmək məqsədi daşıyırdı. Ancaq ipoteka kreditlərinə tələbin yüksək olması səbəbindən banklar növbəti dövrlərdə ipoteka vəsaitlərinin yerləşdirməsində ciddi problemlərlə qarşılaşmayacaqlar. Ancaq müştəri itirmək təhlükəsi yarana bilər. Bütün bunları nəzərə alaraq Mərkəzi Bankda ipoteka strategiyasının yenidən işlənib-hazırlanması istiqamətində işlər gedir. Proqram hazırlanaraq son qərar üçün Nazirlər Kabinetinə göndərilib”. Qeyd edək ki, Azərbaycanda bir sıra banklar ipoteka krediti üzrə ilkin ödənişləri 2,5-3 dəfə artırıblar. Azərbaycan İpoteka Fondunun (AİF) minimum tələbinə əsasən, adi kreditlər üçün ilkin ödəniş 20 faiz, sosial ipoteka üçün isə 15 faiz həcmində müəyyənləşdirilib.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *