Şahdağda Salsa və Baçata festivalı baş tutacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Şahdağda Salsa və Baçata festivalı baş tutacaq

Şahdağda Salsa və Baçata festivalı baş tutacaq


Şahdağ “Salsa & Baçata Festival”ı!

AzNews.info xəbər verir ki, noyabr ayının 11-i Şahdağda möhtəşəm “Salsa & Baçta Festival”ı keçiriləcək. Bu festivalda dünya səviyyəli salsa ustaları İvana Adler və Shaka Brown cütlüyü ilə Alba Fernandez və David Moyano cütlüyü Bakının tanınmış Latın Amerika rəqsi məktəblərinə master class keçəcəklər. Bakının “Badi Kuba”, “Baila Baku”, “Profi Dance”, “Let’s dance studio”, “Buta Salsa” və “Street Salsa” məktəblərinin iştirak edəcəkləri festival saat 13:00-da başlayacaq.
Nəzərinizə çatdıraq ki, möhtəşəm ziyafət iki hissədən ibarət olacaq. Birinci hissədə görkəmli salsa rəqqasları iştirakçılara bu rəqslərin incəliklərini öyrədəcək və qazandıqları dünya təcrübəsini paylaşacaqlar. İkinci hissə isə bol əyləncə, musiqi və limitsiz rəqslər ilə davam edəcək.
Saat 18:00-a qədər “Salsa” və “Baçata” rəqsləri bir-birini əvəz edəcəklər. Belə ki, İvana Adler və Shaka Brown cütlüyü “Salsa”, Alba Fernandez və David Moyano cütlüyü isə “Baçata” rəqslərinin incəliklərini nümayiş etdirəcəklər.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *