Opera və Balet Teatrının sənətçiləri Qırğızıstanda çıxış edəcəklər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

Opera və Balet Teatrının sənətçiləri Qırğızıstanda çıxış edəcəklər

Opera və Balet Teatrının sənətçiləri Qırğızıstanda çıxış edəcəklər


Mayın 15-dən 21-nə kimi olan müddətdə A.Maldıbayov adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında IV Beynəlxalq balet festivalı keçiriləcəkdir. Festival Qırğızıstanda xoreoqrafiya sənətinin əsasını qoyan görkəmli balet ustası, SSRİ Xalq artisti B.Beyşenaliyevanın 90 illik yubileyinə həsr olunur. Festivalda bir sıra ölkələrdən olan balet ustaları ilə yanaşı Azərbaycan da nümayəndələr iştirak edəcəklər.

AzNews.info xəbər verir ki, respublikamızı bu festivalda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solistləri – Azərbaycanın Xalq artisti Gülağası Mirzəyev və Əməkdar artist Nigar İbrahimova təmsil edəcəklər. Onlar festival çərçivəsində baş tutacaq Qala konsertdə Q.Qarayevin “Yeddi gözəl” və A.Adanın “Jizel” baletindən səhnələrlə çıxış edəcəklər.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *