Red Bull Shakh Carpet - Şahdağda möhtəşəm şou – FOTOREPORTAJ
15 fevral 13:00-da Şahdağ dağ-xizək kurortunda artıq ikinci dəfədir ki, Red Bull Shakh Carpet - qış fəslinin ən kreativ müsabiqəsi start götürdü.
AzNews.info xəbər verir ki, keçən il 22 fevralda ilk dəfə 23 komandanın iştirakı ilə keçirilən bu yarışmanın böyük marağa səbəb olması onun artıq ənənəvi hal almasına təkan verir. Bu il isə 8 fevralda nəzərdə tutulan yarışma əlverişsiz hava şəraiti səbəbindən 15 fevrala təxirə salınmışdı. Lakin, adrenalin həvəskarlarının bu əyləncə dolu müsabiqəni gözləməsinə dəyərdi.
"Xalçaların Şahı" adlanan müsabiqənin mahiyyəti ondan ibarətdir ki, şən kostyumları geyinmiş iştirakçılar, dağdan eniş üçün istənilən qurğularla, 80 metr uzunluğu və sonu 80 santimetr kiçik tramplin hündürlüyündən ibarət olan məsafəni qətt edərək buzlu suyla dolu bir hovuza enməlidirlər.
Ən maraqlısı isə odur ki, iştirakçıların müsabiqə üçün xüsusi olaraq yaratdıqları nəqliyyat vasitəsində əsas element - XALÇAdır.
Bu il də, 20 komandanın iştirakı ilə keçirilən müsabiqənin münsiflər heyətində tanınmış musiqiçi/dj Çingiz Mustafayev, ifaçı Diana Hacıyeva və Şahdağ Turizm kompleksinin nümayəndəsi Philippe Gayett yer alırdı. Komandalar aşağıdakı ardıcıllıqla çıxış etdilər:
1.Sadə şeyxlər
2.Escaped Carpets
3.Sürüşən boğazlar Milli Muğam Ansamblı
4.Vətənpərvər idmançılar
5.Flying boxers
6.Vikinqlər
7.Flying Ambulance
8.Milli qəhrəmanlar
9.Smoke-Army
10.Red Bull Trio
11.Crazy boys
12.Guardians of the Galaxy
13.Crazy Redbulls
14.Sharkhead
15.Wasawaki
16.Shakamura
17.Hangover
18.Gavriki
19.Natural Miracle
20.Xalça sexi
21.Tank Over
Sonda münsiflər heyətinin üzvləri qalibləri üç meyar üzrə müəyyən etdilər: ən yaxşı tullanma, kostyumların və çıxışın kreativliyi, tamaşaçı simpatiyası. Bütün meyarlara görə ən üstün komanda "Gavriki" komandası 1-ci yerə layiq görüldü.
AzNews.info oxucularına müsabiqədən ekskluziv görüntüləri təqdim edirik:
Mənbə:> AzNews.info / Foto: Orkhan Azeboy