Bakıda 300-dən artıq sürücü cərimə meydançasına aparıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Bakıda 300-dən artıq sürücü cərimə meydançasına aparıldı

Bakıda 300-dən artıq sürücü cərimə meydançasına aparıldı


Bakıda törətdiyi yol xətasına görə yazılmış cəriməni təyin edilmiş müddətdə ödəməyən 300-dən artıq sürücünün cəriməni ödəməsi təmin edilib.

AzNews.info xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, təyin edilmiş cərimə məbləğini ödəməyən sürücülər aşkarlanırsa, barələrində ciddi tədbirlər görülür: “Gecikdirilmiş cərimə faizi ilə birgə ödənilmədikdə avtomobil yol hərəkətindən kənarlaşdırılır və müvəqqəti mühafizə olunan dayanacağa yerləşdirilir. Eyni zamanda, sürücünün 6 ay sürücülük hüququndan məhrum edilməsi ilə bağlı vəsatət qaldırılır".

V.Əsədov həmçinin xatırladıb ki, təyin edilmiş cərimə məbləği birinci 5 iş günü müddətində ödənilirsə, avtomatik olaraq 10 faiz güzəşt olunur, təyin olunan müddətlərdə ödənilmirsə, cərimənin üstünə artıq faiz gəlir.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *