Bakıda yol polisi piyadalara qarşı ciddi tədbirlərə başladı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakıda yol polisi piyadalara qarşı ciddi tədbirlərə başladı

Bakıda yol polisi piyadalara qarşı ciddi tədbirlərə başladı

“Bakıda yol polisi əməkdaşları piyadalarla əlaqədar ciddi mübarizə tədbirləri həyata keçirməyə başlayıb”.

AzNews.info Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, piyadaların avtomobillərlə vurulması çox ciddi narahatlıq doğurur:

“2016-cı ildə piyadaların avtomobillərlə vurulması ümumi yol-nəqliyyat hadisələrinin təxminən 60 faizini təşkil edir ki, bu da çox ciddi narahatlıq doğurur.

Eyni zamanda, 2017-ci il ərzində Azərbaycanda böyük idman tədbirlərinin keçirilməsi nəzərdə tutulur və ölkəmizə çoxsaylı qonaqların gəlməsi gözlənilir.

Onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görüləcək. Həmçinin, piyadalar arasında nizam-intizamı yüksəltməyə çalışacağıq. Piyadalarla bağlı təsirli tədbirlərin görülməsinə başlamışıq”.

V.Əsədov qeyd edib ki, yeraltı və yerüstü piyada keçidlərində yol polisi əməkdaşları xidmətini ciddi şəkildə davam etdirir, piyadalara təyin olunan cərimələrin ödənilməsi ilə bağlı materiallar artıq məhkəmələrə və adiyyatı üzrə icra məmurlarına göndərilir.

Bölmə rəisi əlavə edib ki, bu tədbirlər piyadaların avtomobillərlə vurulması hallarının azaldılması məqsədi daşıyır.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *