Yol polisi xəbərdarlıq edir: Yollarda görmə məhdudlaşıb
Yol polisi paytaxtda müşahidə edilən dumanlı-çiskinli hava şəraiti ilə əlaqədar avtomobil sürücülərinə və piyadalara xəbərdarlıq edib.
ATV.az-ın məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, hava dumanlı, çiskinli olduğundan yollarda görməni məhdudlaşıb və yollar sürüşkən olub. Sürücülər nəqliyyat vasitələri arasında məsafə saxlasınlar, avtomobili aşağı sürət həddi ilə idarə etsinlər.
Eyni zamanda, qarşı və arxa tərəfdən gələn avtomobil sürücülərinin onları görməsi üçün müvafiq işıq siqnallarından istifafə etsinlər. Bölmə rəisi piyadalara da xəbərdarlıq edib. Hava tutqun olduğundan sürücülər piyadaları anında görməyə bilər. Ona görə də piyadalar yolu keçərkən maksimum dərəcədə diqqətli olmalıdır.
Mənbə:> ATV.az