Polis qartopu oynayanlara müraciət etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Polis qartopu oynayanlara müraciət etdi

Polis qartopu oynayanlara müraciət etdi

“Öz həyatlarını təhlükəyə atırlar”.

Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.

Qurumun ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik Vaqif Əsədov Oxu.Az-a bildirib ki, hazırda hava şəraitinin pisləşməsi ilə əlaqədar piyadalar öz həyatlarını təhlükəyə ataraq, yolu kəsə keçmək üçün yolun hərəkət hissəsindən keçmək istəyirlər.

Vaqif Əsədov bildirib ki, piyadalar diqqətli olmalıdırlar:

“Hazırda bəzi yollarda sürüşmə müşahidə olunur. Belə hava şəraitində piyadalar yolların sürüşkən olduğunu nəzərə alıb diqqətli olmalıdırlar. Ancaq təyin edilmiş ərazilər üzrə, yəni yeraltı və yerüstü piyada keçidləri ilə hərəkət etsinlər”.

Bölmə rəisi əlavə edib ki, insanlar qarla yolun hərəkət hissəsində yox, qapalı məkanda oynamalıdırlar:

“Azyaşlı uşaqlar qartopu oynayarkən yolun hərəkət hissəsində yox, qapalı şəraitdə böyüklərin nəzarəti altında olmalıdırlar. Unutmayaq ki, şaxtalı və qarlı hava şəraiti davam edir. Ən azından bunu nəzərə almalıdırlar”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *