NASA işçi axtarır - Maaş 187 milyon dollar » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

NASA işçi axtarır - Maaş 187 milyon dollar

NASA işçi axtarır - Maaş 187 milyon dollar


NASA dünyanı yadplanetlilərin bioloji istilasından qorumaq üçün “planetlərarası mühafizə işçisi” axtarır.

AzNews.info-nun Qafqazinfo-ya istinadən xəbər verir ki, bu iş üçün təklif edilən maaş 187 milyon dollardır.

Planetlərarası mühafizə işçisinin vəzifəsi planetləri kosmosdan gələn təbii və bioloji təhlükələrdən qorumaq olacaq. Eyni zamanda, kosmik kəşflər zamanı digər planetlərin zərər görməsinin qarşısını almalıdır.

Müraciət edəcək namizədlər Amerika Birləşmiş Ştatları vətəndaşı olmalı, ən az bir il dövlət məmuru olmalı və yüksək səviyyədə fizika, riyaziyyat, mühəndislik və planetlərarası qoruma məlumatlarına malik olmalıdır.

Müraciət üçün son tarix 14 avqustdur. Yuxarıda qeyd edilən şərtlərə malik namizəd tapılmazsa ABŞ vətəndaşı olmayan namizədlərin də müraciətləri nəzərə alınacaq.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *