Asiya İnkişaf Bankı işçi axtarır – Aylıq maaş 7,2 min dollar
Sənəd qəbulu iyulun 29-da bitəcək.
Asiya İnkişaf Bankı (ADB) “Şahdəniz-2” İnvestisiya Planı çərçivəsində iqtisadiyyat və maliyyə mütəxəssisi axtarır.
AzNews.info Report-a istinadən xəbər verir ki, 5 ay müddətində işləyəcək mütəxəssis ümumilikdə 36 min dollar əmək haqqı alacaq.
Beynəlxalq kadrlar üçün elan edilmiş iş elanı üçün sənəd qəbulu 29 iyulda bitəcək və namizədlərin qısa siyahısı avqustun 3-də elan ediləcək.
Namizədlər sənədlərini Bakı şəhəri Nizami küçəsi,1/3 ünvanındakı “Sapphire Plaza”da yerləşən “Cənub Qaz Dəhlizi” QSC-yə təqdim edə bilərlər. Sənəd qəbulu üçün məsul şəxs QSC-nin baş direktoru Əfqan İsayevdir.
Seçilmiş namizədin avqustun 15-də işə başlayacağı gözlənilir.
Mənbə:> Report