Bakıya bir milyard ayrıldı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Bakıya bir milyard ayrıldı

Bakıya bir milyard ayrıldı



Azərbaycan və Asiya İnkişaf Bankı (AİB) arasında mühüm sənəd imzalanıb.

ANS PRESS-in məlumatına görə, yeni sənəd ölkənin enerji sisteminin yenidən qurulmasını və modernləşdirilməsini nəzərdə tutur.

Bir milyard dollar investisiya proqramı üzrə anlaşma memorandumu Azərbaycan və Asiya İnkişaf Bankı (AİB) arasında Bakıda keçirilən AİB Rəhbərlər Şurasının 48-ci toplantısı çərçivəsində imzalanıb.

Sənəd Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında regionların elektrik enerjisi ilə dayanıqlı təminatına yönəlmiş tədbirlərin icrası üçün AİB-dən maliyyə vəsaitlərinin cəlb edilməsi üzrə danışıqların çərçivəsini özündə ehtiva edir. Azərbaycan hökuməti ilə bank arasında aparılacaq danışıqların növbəti mərhələsində kredit müqaviləsi üzrə şərtlər müəyyən ediləcək.

Xatırladaq ki, AİB 1999-cu ildən etibarən Azərbaycanın iqtisadi imkanlarının şaxələndirilməsi və genişləndirilməsinə dəstək məqsədilə mühüm hissəsi infrastruktur sektoruna yönəlməklə təxminən 2,1 mlrd. ABŞ dolları məbləğində vəsait ayırıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *