Azərbaycan Asiya İnfrastruktur İnkişaf Bankının təsisçi üzvü oldu
Azərbaycan Asiya İnfrastruktur İnkişaf Bankının təsisçi üzvü kimi təsdiqlənib.
Nazirliyin məlumatına görə, Azərbaycan Çin Xalq Respublikasının təşəbbüsü ilə yaradılan Asiya İnfrastruktur İnkişaf Bankının (AİİB) gələcək təsisçi üzvü kimi təsdiqlənib.
“Asiya regionunun infrastruktur inkişafının artmaqda olan maliyyə ehtiyaclarının təmin edilməsi məqsədilə yaradılan AİİB-nin 27 aprel 2015-ci il tarixində Çinin paytaxtı Pekində keçiriləcək təsis müzakirələrində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndələri də iştirak edəcəklər. Azərbaycan Respublikası 31 mart 2015-ci il tarixində Asiya İnfrastruktur İnkişaf Bankının təsisçi üzvü olmaq niyyətini rəsmi olaraq bəyan edib”-deyə, nazirliyin məlumatında deyilir
Mənbə:> AzNews.info