Kosmonavt olmaq istəyənlərə NASA-dan təklif » AzNews.info -Xəbər portalı

Kosmonavt olmaq istəyənlərə NASA-dan təklif

Kosmonavt olmaq istəyənlərə NASA-dan təklif

Siz də uşaqlıqda kosmonavt olmaq istəmisiniz? Bəs əsl həyatda astronavt olmaq barədə düşünmüsünüzmü? Bəlkə də bu həmin o fürsətdir. Çünki NASA yeni astronavtları işə dəvət edir.

“Amerika kosmos tədqiqatçılarının bu yeni nəsli... bizə Marsda ayaq izlərimizi qoymağa kömək edəcək” - deyə NASA rəsmisi Çarlz Bolden qeyd edib.

Əlbəttə ki, astronavt olmaq asan iş deyil. Bu, bütün Yer üzündə (daha doğrusu, Günəş sistemində) ən ağır, təhlükəli işlərdən biridir.

“Armageddon” filmi sizə nə göstərir-göstərsin, bu iş hamı üçün deyil. Ciddi bacarıqlara malik olmalısınız, üstəlik kosmosda bir il qala biləcək qədər sağlam olduğunuzu sübut etməlisiniz.

Uğur qazanmış namizədlər Beynəlxalq Kosmik Stansiyada 6-12 aylıq tapşırığa, yaxud hətta Ayın orbitində təcrübə aparmaq üçün NASA-nın “Orion” kosmik gəmisinə təyinat ala bilərlər.

Astronavt olmaq fikri o qədər yüksək və əlçatmaz görünür ki, tələblərə cavab verə biləcək insanlar belə buna cəhd etmirlər. Geniş yayılmış düşüncəyə rəğmən astronavt olmaq üçün siz oxumuş pilot, yaxud da hərbi sistemin aktiv üzvü olmalı deyilsiniz. NASA astronavtlığına indiki namizədlər arasında müəllimdən tutmuş alimə, həkimdən tutmuş mühəndisə qədər hər cür mütəxəssis var. Bu faktın özü bir daha astronavtların missiya zamanı yerinə yetirəcəkləri vəzifələrin nə qədər çoxşaxəli olduğunu göstərir.

Ancaq bununla yanaşı namizədlər bəzi tələblərə cavab verməlidir. Yalnız oxşar sahədə 3 il peşəkar təcrübəsi olan, yaxud da kommersiya və ya hərbi hava gəmisində 1000 saatlıq uçuş təcrübəsi olan şəxslər astronavt olmaq üçün müraciət edə bilərlər.

“Oxşar sahə” dedikdə müxtəlik sahələr nəzərdə tutulur. Belə ki, astronavtların 2009 və 2013-cü il buraxılışında okeanologiya, tibb, mühəndislik və əlbəttə ki, hərbi sahədən çıxmış mütəxəssislər olub.

Namizədlərə qarşı sərt yaş məhdudiyyəti qoyulmayıb. Uğurlu namizədlərin orta yaşı 34 olsa da NASA bundan əvvəl 26-46 yaş arasında namizədləri qəbul edib.

Astronavt olmaq imkanı azlıq edirsə, NASA üstəlik maaş da verir. Hazırda astronavtların aldığı maaş ildə 66026 dollardan 144566 dollara qədər dəyişir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *