Gəncə şəhəri MDB-nin tarixi şəhərləri arasında TOP-5-ə daxildir
Azərbaycanın Gəncə şəhəri turistlər arasında MDB-nin tarixi şəhərləri arasında ilk beşliyə daxildir.
AzNews.info fins.az-a istiandən xəbər verir ki, bu barədə “TurStat” analitik agentliyi məlumat yayıb.
“MDB-nin tarixi şəhərləri arasında Türkistan (Qazaxıstan), Səmərqənd (Özbəkistan), Buxara (Özbəkistan), Taraz (Qazaxıstan) və Gəncə (Azərbaycan) turistlər arasında ən populyardır”, - deyə agentliyin MDB-nin tarixi şəhərlərinin zəngin tarixi və mədəni irsinə görə turistlər arasında səyahətə dair tərtib olunan reytinqdə qeyd olunur.
“TurStat”ın məlumatına görə, 4 min il öncə əsası qoyulan Gəncə 2017-ci ildə MDB-nin Mədəniyyət paytaxtı seçilib. Gəncəyə hər il 400 min turist səfər edir. Onların əksəriyyəti Rusiyadandır. Gəncədən 50 km aralıqda MDB-nin ən populyar sağlamlaşdırma kurortu Naftalan yerləşir.
Mənbə:> Fins.az