Tarixi Gəncə belə yerlə yeksan edildi – FOTO
Sosial şəbəkələrdə Gəncənin tarixi binalarının dağıdılmasına dair şəkillər paylaşılıb. “Gəncə Müstəqil İnformasiya Portalı” adlı səhifədə bir neçə il ərzində tarixi binaların gecə vaxtı necə sökülməsi, o cümlədən yüz illik ağacların kəsilməsi öz əksini tapıb.
Maraqlıdır ki, bütün bunlar Gəncənin hazırki icra başçısı Elmar Vəliyevin vaxtına təsadüf edir.
Məsələyə münasibət bildirməsi üçün Gəncə şəhər icra hakimiyyətinin (22) 264-00-08; 256-14-26 telefon nömrələrinə zəng etsək də, sualımıza cavab tapa bilmədik. Ancaq yəqin ki, Elmar Vəliyevin Gəncənin tarixini silməsinə dair tutarlı cavabı olacaqdır. Nə zaman istəsələr, onların mövqeyini də dərc edə bilərik.
Yerlə yeksan edilən Gəncənin tarixi binaları isə bunlardır:
Mənbə:> Yenicag.az