İŞİD 2 min il tarixi olan məbədi belə yerlə-yeksan etdi – FOTO
Məbəd bizim eramızın I əsrində tikilib.
İŞİD silahlıları Suriyanın Palmira şəhərində yerləşən Baal-Şamin məbədinin partladılmasının fotolarını sosial şəbəkələrdə yayıblar.
Oxu.Az xəbər verir ki, fotolarda terrorçuların məbədin divarlarına partlayıcıların qoyması, partlayış anı və partlayışın nəticələri əks etdirilib.
Qeyd edək ki, UNESCO-nun mühafizəsi altında olan Baal-Şamin məbədi antik dövrün ən əhəmiyyətli abidələrindən biri hesab edilir. Məbəd yerli məhsuldarlıq Allahı Baalunun şərəfinə tikilib.
Tarixçilər hesab edirlər ki, məbəd bizim eranın I əsrinə aid olub.
Mənbə:> Oxu.Az