Mingəçevirdə ilanlar evlərə hücum edib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Video

Mingəçevirdə ilanlar evlərə hücum edib – VİDEO

Mingəçevirdə ilanlar evlərə hücum edib


Mingəçevir şəhərində məcburi köçkünlərin məskunlaşdığı ərazi ilanların hücumuna məruz qalıb.

AzNews.info-nun ARB TV-yə istinadən məlumatına görə, burada yaşayan Səmərqənd Əhmədova deyir ki , iki gün öncə qonşulardan biri beşikdə yatan körpəsinin başı üzərində ilan görüb. Həmin vaxt körpənin valideyni əlindəki dəyənəklə ilanı öldürüb:

“Yemək yedik, boşqabları götürüb qapıdan çıxanda mənimlə qarşılaşdı. Boşqabları vurdum yerə qaçdım, qışqıranda qonşu gəlib öldürdü. Hər yandan çıxırlar”.

Ərazidə yaşayanlar bildiriblər ki, sürünənlərin kütləvi şəkildə üzə çıxması təşviş yaradır.

Mingəçevir şəhər Dezinfeksiya idarəsinin şöbə müdiri Zahid Məmmədov bildirib ki, üç il öncə həmin ərazidə dezinfeksiya işləri görülüb. Hazırda isə dezinfeksiya işləri idarə ilə bağlanan müqaviləyə əsasən aparılır. O qeyd edib ki, bu ərazilərdə ilanların kütləvi şəkildə üzə çıxmasından xəbərsizdi.


Mənbə: ARB TV
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *