Göyçayda ilanlar evlərə hücum edib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Video

Göyçayda ilanlar evlərə hücum edib – VİDEO+FOTO

Göyçayda ilanlar evlərə hücum edib


Göyçay rayonunun Bığır kəndində ilanlar evlərə hücum edib. Əhmədovlar ailəsinin üzvləri evin içərisinə soxulan ilanlardan 4-ünü öldürüblər.

Digər ilanları isə zərərləşdirmək mümkün olmayıb. Kəmalə Əhmədova deyir ki, evə daxil olan ilanların uzunluğu təxminən 1 - 1,5 metrə çatır.

Kəmalə Əhmədova (ev sahibi): "Qapıdan içəri girəndə anamı itəliyib çölə çıxartdım. Ağacla gedib ilanı vurub, öldürdüm. Ağacla yatıb, ağacla dururuq".

Göyçayda ilanlar evlərə hücum edib
Göyçayda ilanlar evlərə hücum edib
Göyçayda ilanlar evlərə hücum edib

Göyçay rayon baytarlıq idarəsinin rəisi Ağadadaş Hacıyev də hadisədən xəbərdar olduqlarını bildirir. Onun sözlərinə görə əvvəllər Bığır kənd ərazisində ilanlara az rast gəlinirdi. Rayonun baş baytarı ərazidə dərmanlama işərinin aparılmasını vacib hesab edir.

Bildirək ki, havalar istiləşdikcə ilanlar aktivləşir. Göyçayda da hər il ilan sancma ilə bağlı bəzi sakinlər xəstəxanaya müraciət edir.


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *