Göyçayda baş həkimin oğlu yol qəzasında ölüb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal, Avto

Göyçayda baş həkimin oğlu yol qəzasında ölüb

Göyçayda baş həkimin oğlu yol qəzasında ölüb


Göyçay rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

AzNews.info Report-a istinadən xəbər verir ki, hadisə saat 21:45 radələrində Bakı-Şamaxı-Yevlax magistral yolunun 195-ci kilometrliyində, rayonun Qarayazı kəndi ərazisində qeydə alınıb.

Göyçay istiqamətində “VAZ 21015” markalı avtomobil ilə hərəkətdə olan rayonun Qaraməryəm kənd sakini Sultanov Zaur İsa oğlu yolu keçmək istəyən iki camışı vurub. Nəticədə avtomobil yoldan çıxaraq kənara aşıb. Qəza zamanı sürücü yaralanıb və dərhal Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

Bildirilir ki, həlak olan şəxs Qaraməryəm kənd sahə xəstəxanasının baş həkimi İsa Sultanovun oğludur.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *