İnterneti söndürə bilən 7 adam
İnternetin açarı kimin əlindədir? Masonların, Rokfellerlərin, yoxsa Rotşildlərin? ABŞ prezidenti Donald Trampın sözlərinə inansaq, İnternetin açarı Bill Qeytsin əlindədir. Lakin bu da dəqiq deyil. O halda İnternetin açarı kimdədir?
AzNews.info technote.az-a istinadən xəbər verir ki, İnternetin açarı dünyada 7 fərqli dövlətdə yaşayan 7 fərqli adamdadır. Bunun səbəbi də bu böyük gücün tək bir nəfərin əlində cəmləşməsinə imkan verməməkdir.
Qeyd edək ki, birlik İnternetlə bağlı yarana biləcək hər hansı təhlükə zamanı vəziyyəti ələ almaq məqsədilə beynəlxalq razılaşma əsasında yaradılıb. 2010-cu ildə qurulan birlikdə dünyanın hər tərəfindən “keymaster”-lər yer alır. Onlar aşağıdakılardır:
1.Paul Kane (Britaniya)
2.Dam Kaminsky (ABŞ)
3.Jiankang Yao (Çin)
4.Moussa Guebre (Burkina Faso)
5.Bevil Vuding (Trinidad və Tobago)
6.Ondrey Sury (Çexiya)
7.Norm Ritchie (Kanada)
Bu şəxslər ICANN-də (Təyin Olunmuş Adlar və Nömrələr Üçün İnternet Qurumu) fəaliyyət göstərirlər. Əsas işləri istifadəçilərin İnternet təhlükəsizliyini təmin etməkdir. Hamının adını, yaxınlarını və məlumatlarını bilirlər. Amma bunun yaxşı bir səbəbi var. ICANN bütün məlumatları öz əlinə keçirib “fake” hesablarla real hesabları ayırır.
Ona görə də İnternetdə milyonlarla spam olsa belə bu istifadəçinin gündəlik gəzintisinə ciddi təsir etmir.
İnternetin açarı məsələsinə gəldikdə, bu “açarlar” iki mərhələli yoxlanışdan sonra açılan gizli otaqlarda saxlanılır.
İnternetə restart vermək lazım olduqda 7 nəfər bir yerə yığışır və 7 açarı birlikdə baza stansiyasına taxırlar.
Mənbə:> Technote.az