Ən sürətli internetə sahib olan ölkələr
“Akamai” rabitə operatoru tərəfindən keçirilmiş tədqiqatın nəticələri bəlli olub.Tədqiqat interneti ən sürətli olan ölkəni müəyyənləşdirmək məqsədi ilə keçirilib.
AzNews.info-nun məlumatına görə, “ICTnews” Elektron Xəbər Xidməti “gazeta.ru” saytına istinadən yazır ki, Norveç Avropada internetin sürəti üzrə birinciliyi ələ keçirib.
Belə ki, Norveçdə 2015-ci illə müqayisədə internetin orta sürəti 55% yüksəlib. Eyni zamanda Norveç dünya reytinqində 20,1 Mbit/san internet sürəti göstəricisi ilə yalnız Cənubi Koreyadan (27 Mbit/san) geridə qalır.
19,5 Mbit/san göstəriciyə malik Honkonq internetin sürəti üzrə dünya reytinqində üçüncü pillədə qərarlaşıb. Avropada internetin sürəti üzrə əvvəlki lider İsveç isə 18,8 Mbit/san göstərici ilə dördüncü olub.
Mənbə:> ICTnews.az